Bu gün Topaz Premyer Liqasında VI tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki,  "Xəzər Lənkəran" doğma azarkeşlrəi qarşısında "Zirə"yə 0:1 hesabı ilə uduzum.
Lənkərandakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov qalibiyyəti belə şərh edib:
“Komandamız bu gün əzmkar mübarizə apardı. Biz tarixi olan komandaya qarşı oynadıq. Buna baxmayaraq, qol epizodları yaratdıq və sonda qol vura bildik. Buna görə çox sevinirik. Rəqibə isə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp