Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.   
Adıçəkilən komanda səfərdə "Haydenhaym"la üz-üzə gəlib. Görüş "Karlsrue"nin 1:1 hesablı bərabərliklə başa çatıb. 90 dəqiqə meydanda mübarizə aparan Nazarov isə sarı vərəqə almaqla "fərqlənib".   
Qeyd edək ki, "Karlsrue" hazırda 8 xalla 14-cü pillədə qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp