Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda "Qarabağ" evdə "Anderlext"i (Belçika) qəbul edəck. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı yerli azarkeşlərlə yanaşı,  belçikalı fanatlar da izləyəcək. 
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, bu matçı izləmək üçün ölkəmizə təxminən 300 nəfər "Anderlext" azarkeşi gələcək. Qonaqlar 28-ci sektorda yerləşdiriləcək.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 1-də saat 20:00-start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp