“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Rusiyanın “Krasnodar” klubu ölkə çempionatının növbəti turunda “Terek”lə 1:1 bərabərə qalıb. Futbolinfo.az xəbər verir ki, məğlub duruma düşən Oleq Kononovun yetirmələri 1 xalı xilas etsələr də, statistik göstəricilər Azərbaycan təmsilçisi üçün ümidverici olub.
Belə ki, krasnodarlılar sözügedən qarşılaşmada orta hesabla hər 2 ötürmədən birində səhvə yol veriblər. Onların dəqiq ötürmə faizi 54 olub. Elə oyunun gedişatı da buna uyğun olub. Komanda normal hücumlar təşkil etməkdə ciddi problemlərlə üzləşib. Baş məşqçi bunu komandasının funksional hazırlığının istənilən səviyyədə olmaması ilə əlaqələndirib. Futbolçularının həftədə 2 oyun keçirməyə hazır olmadıqlarını etiraf edən mütəxəssis, yetirmələrinin mərhələli şəkildə forma yığacaqlarını bildirib.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsindəə baş tutacaq “Krasnodar” – “Qəbələ” matçı oktyabrın 1-də, Bakı vaxtı ilə gecə saat 00:05-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp