"Qəbələ"nin Avropa Liqasınn qrup mərhələsindəki rəqibi "Borussiya"nın (Dortmund) hücumçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu "Darmştadt"la matçda dubl edərək, rekord qırıb.
Cari mövsüm oynadığı 7 oyunun 7-də qol vuran Qabon millisinin üzvü bu göstərici ilə adını Bundesliqa tarixinə yazdırıb. 
Qeyd edək ki, Obameyanq Almaniya çempionatının bombardirlik cədvəlində 9 qolla 2-ci sırada yer alıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp