Azərbaycan milli komandası və “Neftçi” klubu təhlükə ilə üz-üzə qalıb. Belə ki, hər iki komandanın şərəfini qoruyan Araz Abdullayevin bir müddət yaşıl meydançalardan kənarda qalmaq təhlükəsi meydana gəlib.
Bizdə olan məlumata görə, Araz Abdullayevin 2-3 həftə yaşıl meydançalardan kənarda qalması mümkündü. “Qarabağ”a qarşı keçirilən matçın ilk dəqiqələrində xəsarət alan oyunçunun durumu ilə bağlı yekun qərar yaxın günlərdə veriləcək. Sadəcə, onu deyək ki, Arazın ayağının arxa əzələsində dartılma var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp