Azərbaycan milli komandasının üzvü Ruslan Qurbanovun “Neftçi”də işləri yaxşı getmir. Belə ki, Robert Prosineçkinin sevimlisi Samir Əliyevin rəhbərliyi altında ondan gözlənilən oyunu sərgiləmir.
Əslində, “Rəvan”la oyunda start heyətində meydançaya çıxmalı olan oyunçu son anda aldığı xəbərə üzülüb. Bizdə olan məlumata görə, futbolçunun həmin gün ailəsində problem meydana çıxıb. Anasının xəstə olduğunu eşidən oyunçu futbol oynamaq iqtidarında olmadığını bildirib. Həmin gün Fəhmin Muradbəyliyə şans verən Samir Əliyev bunun bəhrəsini gördü və gənc oyunçu 2 qol vurdu.
“Neftçi”nin “Qarabağ”a qarşı keçirdiyi Azərbaycan derbisində sonradan meydançaya daxil olan Ruslan oyun sona çatmamış əvəzləndi. Ayağında problemlər olan futbolçu işini tam yerinə yetirmədən meydançadan çıxarıldı. Milli oyunlarına görə aldığı mükafat, eləcə də ailə və zədə problemi oyunçuya futbola tam adaptasiya olmaq imkanı vermir. Bunu görən Samir Əliyev və klubun aparıcı oyunçuları Ruslanla söhbət edib, onun “geri qayıtmasını” tələb ediblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp