Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Rusiyanın “Krasnodar” klubunun baş məşqçisi Oleq Kononov yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı ölkə çempionatında “Terek”lə 1:1-lik heç-heçə və qarşıdan gələn Avroliqa matçından danışıb. 
Kononov “Krasnodar”ın hücum xəttində problemlər olduğunu deyib: “Komandamızda stabillik yoxdu. Heyətdə zədəlilər var və bu bizə mənfi təsir edir. Üstəlik yeni gələn futbolçular komandaya tam uyğunlaşmayıblar. Ona görə də çətinlik çəkirik. Odil Ahmedovun zədələnməsi bizim üçün itkidi. Amma onun “Qəbələ” ilə oyuna qədər sağalacağı gözlənilir. Hücum xəttində istədiyimiz kimi oynaya bilmirik. Bunu düzəltməliyik. Əks-halda, qarşıdakı oyunlarda da ciddi problemlər olacaq”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsindəə baş tutacaq “Krasnodar” – “Qəbələ” matçı oktyabrın 1-də, Bakı vaxtı ilə gecə saat 00:05-də start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp