Topaz Premyer Liqasının 6-cı turunda "Zirə" ilə matçda zədələnərək meydanı tərk edən "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun son durumu bəlli olub. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi qasığından zədə alıb.
Məsələ ilə bağlı saytımıza danışan futbolçu bu gün MRT müayinəsindən keçdiyini deyib. O bildirib ki, tibbi yoxlanışın cavabı hələ ki, açıqlanmayıb. Həkim qərarından sonra Ramaldanovun neçə müddət komandadan uzaq qalacağı məlum olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp