Topaz Premyer Liqasının 6-cı turunda AZAL-la bərabərə qalan (1:1) “Sumqayıt” bu gün istirahətdədi. Futbolinfo.az xəbər verir ki, dünən məşqə çıxan “kimyaçılar” bu gün dincəlib, sabahdan çalışmalarını davam etdirəcək.
Heyətdə zədəli futbolçu yoxdu. Yalnız “təyyarəçilər”lə görüşdə qırmızı vərəqə alan Bəxtiyar Həsənalızadə növbəti – 7-ci tur çərçivəsində “Kəpəz”lə görüşdə iştirak edə bilməyəcək. 
Qeyd edək ki, sözügedən matç oktyabrın 4-də Gəncə şəhər stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp