Avropa Liqasının 2-ci turu çərçivəsində “Qəbələ” “Krasnodar”ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Marçin Borskinin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək. 
2006-cı ildən FİFA referisi statusunu daşıyan Borski ixtisasca maliyyə mütəxəsissidi. 42 yaşlı referi ilk dəfədi ki, “Qəbələ”nin oyununda ədaləti qoruyacaq. Buna baxmayaraq, fit sahibi əvvələr 2 dəfə təmsilçilərimiz oyununu idarə edib. O, ilk dəfə 2007-ci ildə 21 yaşlı futbolçulardan ibarət milli komandamızı yunanıstanlı həmyaşıdları ilə oyuna çıxarıb. Rəqibin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada referi millimizin 2, rəqibin isə 3 futbolçusuna sarı vərəqə göstərib.
Polşalı hakimin təmsilçilərimizlə yolu 2-ci dəfə 2008-ci ildə kəsəşib. Borski həmin il İntertoto kuboku çərçivəsində “Neftçi”nin Slovakiya “Nitra”sı ilə matçında da əsas söz sahibi olub. “Ağ-qaralar”ın 2:0 hesabı ilə qalib gəldiyi matçda o, bakılıların 1, rəqibin isə 3 futbolçusuna sarı vərəqə göstərib. 
Adıçəkilən hakim cari avrokubok mövsümündə artıq 1 qarşılaşma idarə edib. O, Avroliqanın pley-off mərhələsi çərçivəsində Minsk “Dinamo”sunun İsveçrə “Sürix”i ilə görüşündə fit çalıb.  Referi Belarus təmsilçisinin 6, qonaqların isə 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. 
İndiyədək 55 beynəlxalq qarşılaşmanı idarə edən Borski bu görüşlərdə futbolçulara ümumilikdə 256 sarı, 12 qırmızı vərəqə göstərib. Referi 14 dəfə də komandaları penalti ilə cəzalandırıb. 
Qeyd edək ki, baş hakimə Rafal Rostovski və Marçin Boniek kömək edəcək. Əlavə köməkçi hakimlər isə Daniel Stefanski və Tamas Vayda olacaq. Dördüncü hakim funksiyasını Xristof Mymurs yerinə yetirəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp