Cari mövsüm heyətini Luiş Nani, Robin van Persi kimi ulduz futbolçularla gücləndirən "Fənərbaxça"nın çıxışı azarkeşlərini qane etmir. Futbolinfo.az xəbər verir ki, "sarı-lacivərtlilər"in ilk İstanbul derbisində "Beşiktaş"a məğlub olması (2:3) tərəfdarlarını özündən çıxarıb.
Sözügedən oyunda hücumçu Fernandaonun bir neçə qol epizodundan yararlana bilməməsi "Fənərbaxça" azarkeşi olan türkiyəli məşhur müğənni Alişanı da əsəbləşdirib.  Əsəblərini cilovlaya bilməyən müğənni "Tvitter" hesabından 28 yaşlı forvardı təhqir edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp