Avropa Liqasının 2-ci turu çərçivəsində “Qarabağ” “Anderlext”i qəbul edəcək.  Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Oliver Draçtanın rəhbərlik etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək. 
2010-cı ildən FİFA referisi statusunu daşıyan Draçta həm də idman alimidi. 38 yaşlı referi ilk dəfədi ki, “Qarabağ”ın oyununda ədaləti qoruyacaq. Buna baxmayaraq, fit sahibi əvvələr 1 dəfə təmsilçilərimiz oyununu idarə edib. O, 2010-cu ildə yoxlama görüşündə milli komandamızın Honduras qarşılaşmasını idarə edib. Referi millimizin 3, rəqibin isə 2 futbolçusuna sarı vərəqə göstərib.
Adıçəkilən hakim cari avrokubok mövsümündə artıq 2 qarşılaşma idarə edib. 
İndiyədək 33 beynəlxalq qarşılaşmanı idarə edən Draçta bu görüşlərdə futbolçulara ümumilikdə 117 sarı, 12 qırmızı vərəqə göstərib. Çox maraqlıdı ki, adıçəkilən hakim bu qədər rəsmi matçda 1 dəfə də olsun qapılara 11 metrlik cərimə zərbəsi təyin etməyib. 
Qeyd edək ki, ədalət təmsilçisinə Stefan Kuer və Rodar Brandner kömək edəcək. Əlavə köməkçi hakimlər isə Manuel Şkuttebgruber və Diter Mukenhammer olacaq. Dördüncü hakim funksiyasını Roland Ridel yerinə yetirəcək.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp