Topaz Premyer Liqasının 6-cı turunda "Zirə" ilə matçda zədələnərək meydanı tərk edən "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun son durumu bəlli olub. Futbolinfo.az xəbər verir ki, qasıq nahiyəsindən xəsarət alan futbolçunun zədəsi elə də ciddi deyil. 
Bu gün MRT müayinəsindən keçən müdafiəçi 7-ci turda səfərdə “Qəbələ” ilə oyunda meydana çıxa biləcək. 
Qeyd edək ki, sözügedən matç oktyabrın 4-də Qəbələ şəhər stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp