Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun futbolçusu Leandre Dendonker açıqlama verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 20 yaşlı yarımmüdafiəçi təmsilçimizlə görüşdən də söhbət açıb. 
 
O bildirib ki, “Qarabağ”la səfər oyununda 3 xal üçün meydana çıxacaqlar: “Çempionatda qələbə qazandıq və sıra Avropa Liqasındadı. “Qarabağ”la bizi səfərdə çətin qarşılaşma gözləyir. Bu matçdan 3 xalla ayrılmalıyıq. “Monako” ilə oyunda 2 xal itirdik. Bunu Bakıda sığortalamalıyıq. Biz növbəti mərhələ üçün mübarizə aparırıq”.
Qeyd edək ki, “Qarabağ” – “Anderlext” görüşü oktyabrın 1-də saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp