"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem"in texniki direktoru Franko Bladini vəzifəsindən istefa edib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2013-cü ildə "Roma"dan İngiltərə klubuna keçən 54 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, Bladini 2006/2007-ci illərdə "Real"da (Madrid) direktor vəzifəsində çalışıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp