1 ildi heç bir rəsmi və qeyri-rəsmi oyunda iştirak etməyən Çumbinyonun uzun müddətdi məşqlərini davam etdirməsi ilə bağlı yazmışdıq. 29 yaşlı yarımmüdafiəçinin qarşıdakı görüşlərdə meydana çıxıb-çıxmayacağı haqda qərarı isə Qurban Qurbanov verəcək. 
Dünən braziliyalı şəxsi “İnstagram” səhifəsində yaxın müddətdə yaşıl meydanlara dönəcəyini işarə edib. O, paylaşdığı şəklin altına “Estou Voltando “Qarabag”!!! Deus e Fiel!!! Grato ao Senhor!!!” (Allahım, sənə təşəkkür edirəm, mən “Qarabağ”a qayıtdım) sözlərini yazıb. Bu isə artıq onun yaşıl meydanlara qayıtmaq üçün hazır olduğundan xəbər verir.
 
cccc4 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp