“Arsenal" klubu Çempionlar Liqasının qrup mərhələsi oyununa ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə londonluların rəsmi “tvitter” hesabından məlumat yayılıb.
 
Belə ki, “topçular” iki futbolçusu Matye Flamini və Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Olimpiakos"a qarşı matçda meydana çıxa bilməyəcəklər.
 
Qeyd edək ki, "Arsenal" – "Olimpiakos" oyunu sabah saat 23:45-də  keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp