İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 26-c; turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.  
 
"Qırmızı qardaşlar" səfərdə "Orebro" ilə üz-üzə gəlib. Görüş qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Nurinin adı matçın iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 12-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp