Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubunda istefa yaşanıb. Futbolinfo.az xəbər verir ki, İzmir təmsilçisinin baş məşqçisi Cüneyt Dumlupınar istefa verib. 
Türkiyə mətbuatının yazdığına görə, buna komandanın PTT 1-ci Liqasında uğursuz çıxış etməsi səbəb olub. 35 yaşlı çalışdırıcının özü bu barədə açıqlama yayaraq, istefa xəbərini təsdiqləyib.
Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci Liqasında keçirdiyi 6 oyunda cəmi 5 xal toplaya bilib və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp