17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, seçməmiz Belçikanın Lyej şəhərindəki Academie Robert Louis-Dreyfus stadionunda Çexiya komandası ilə üz-üzə gələcək. 
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Matçın baş hakimi polşalı Eva Auqustyndı. Ona həmyerlisi Katarzyna Vasiak və belçikalı Joline Delkrois kömək edəcək. Dördüncü hakim isəyenə belçikalı Lois Ottedi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp