Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlılardan ibarət Azərbaycan millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə "Kababükspor"la üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz oyunu əvəzedilmədən keçirib. 
Qeyd edək ki, “Altınordu” 6 xalla 12-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp