Topaz Premyer Liqasının son turunda “Qarabağ” – “Neftçi” oyununda yaşananlar hələ də müzakirə olunur. Həmin matçda qonaqlar 1:0 hesabı ilə öndə olarkən son dəqiqələrdə baş hakim Fariz Yusifov onların qapısına penalti təyin etmişdi. 
Məhz Ağdam təmsilçisi həmin penalti zərbəsi ilə hesabı bərabərləşdirmişdi. Oyundan sonra “Neftçi”nin rəhbərliyi və futbolçuları bu epizoda etiraz etmişdi. Hətta Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov da Fariz Yusifovun yanlış qərar verdiyini demişdi. 
Biz də həmin qarşılaşmanın videosunu türkiyəli sabiq FİFA referisi Zafer Öndər İpəkə göndərdik. O, isə epizodu belə şərh etdi: “Burada hakimin qərarı doğrudu. Yüz faizlik penaltidi. Çünki “Neftçi”nin futbolçusu rəqibi arxadan itələyir. 11 metrlik cərimə zərbəsi təyin edilməlidi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp