Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində öz meydanında “Kəpəz”i (1:0) məğlub edən “İnter” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “bankirlər” çalışmalarını “İnter Arena”da keçirir. 
Ötən tur da zədə səbəbindən komandasına kömək edə bilməyən Rauf Əliyev və Laşa Kasradzeyə İvan Benites də qoşulub. Bundan başqa, son oyunda gəncəlilərlə görüşdə qırmızı vərəqə alan Dieqo Martins də növbəti turda “Qarabağ”a qarşı oyunda iştirak edə bilməyəcək. 
Qeyd edək ki, adıçəkiləin görüş oktyabrın 4-də “İnter Arena”da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp