Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun kapitanı Silvio Proto yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu Ağdam klubu ilə matçdan danışıb.
Proto bildirib ki, Azərbaycan klubu ilə səfər oyunu çox çətin olacaq: “Bizi Bakıda ağır oyun gözləyir. “Qarabağ” asan rəqib deyil. Üstəlik Azərbaycan bizim üçün uzaq ölkədi. Yorucu səfər olacaq və biz heç də ideal vəziyyətdə oynamayacağıq. “Monako” ilə oyunda 2 xal itirmişdik. Səfərd qələbə yerinə düşər. Amma yenə deyirəm ki, çətin olacaq”.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 1-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp