Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”ı məğlub edən “Zirə” 1 günlük fasilədən sonra hazırlıqlara başlayır. Futbolinfo.az xəbər verir ki, "qartallar" bu gün məşqə start verəcək.
Paytaxt təmsilçisinin zədəliləri də artıq qayıdır. Belə ki, zədə səbəbindən cənublularla oyunu buraxan Nicat Qurbanov sağalaraq, komandaya qoşulub. Nurlan Novruzov isə bu gündən fərdi məşqlərə başlayacaq. 
Qeyd edək ki, “qartallar” növbəti turda “Neftçi”ni qonaq edəcək. Qarşılaşma oktyabrın 3-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp