Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 6-cı turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.  
“İnter”  – “Kəpəz” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “İnter”in futbolçusu Diego Martins ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib. Qarşılaşma başa çatdıqdan sonra “Kəpəz”in məşqçisi Xaliq Mərdanov  hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp