Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 6-cı turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.  
“Qarabağ” – “Neftçi” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün kluba 2000 manat cərimə kəsilib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində Ağdam klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp