Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 6-cı turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.  
“Sumqayıt” – AZAL matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Həmin matçın 62-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimələnib. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp