Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 6-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
 “İnter”  – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 “Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp