Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun III turun oyunları ilə bağlı cəzalar açıqlanıb.   
 “Mil-Muğan” – “Zaqatala” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Ağsu” – “Turan Tovuz” matçının 57-ci dəqiqəsində qonaqların futbolçusu Seymur Tağıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Bakılı” – “Neftçala” matçının 42-ci dəqiqəsində “ev sahiblərinin futbolçusu Taleh Babayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 20 manat cərimə kəsilib. Oyunun 45+1-ci dəqiqəsində “Bakılı”nın məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp