Türkiyə futbolunda maraqlı hadisə baş verib. Belə ki, dünən “Kasımpaşa” – “Rizəspor” oyununa etdiyi səhvlərlə damğa vuran baş hakim Dəniz Çoban görüşdən sonra üzrxahlıq edib.
O, qarşılaşmadan sonra canlı yayımda "Lig TV"yə müsahibə verən “Kasımpaşa”nın baş məşqçisi Rza Çalımbaydan oyunda etdiyi səhvlərə görə üzr istəyib. Referi qarşılaşma boyunca etdiyi səhvləri boynuna alıb və matça əlavə olunmuş dəqiqələrdə istanbulluların qapısına təyin etdiyi penaltinin yanlış olduğunu etiraf edib. 
Həmin qoldan sonra rizəlilər hesabı bərabərləşdirib – 1:1. Matç elə bu hesabla da başa çatıb.
Hakim hətta danışmasına görə alacağı cəzanı belə gözə alaraq, bu etirafı etməyi özünə borc bilib. Amma bizim hakimlər hətta səhvlərini də ictimaiyyətə doğru kimi sırımağa çalışırlar. “Qarabağ” – “Neftçi” görüşündə min hoqqadan çıxdığı, hər iki komandaya, xüsusilə qonaqlara qarşı haqsızlıq etdiyi üçün Fariz Yusifovun, “Xəzər Lənkəran” – “Zirə” matçında meydan sahiblərinin qapısına penalti təyin etmədiyi üçün İnqilab Məmmədovun görəsən, belə etirafa gücü çatarmı? Axı, 5 oyunluq cəzalanmaqla hər şey düzəlmir, insanların əsəbi soyumur. Bu açqlama həmin referilərin də qəlbini rahatlaşdırardı.
Futbolinfo.az sizə həmin görüntüləri təqdim edir:

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp