Braziliyalı ulduz futbolçu Ronaldinyo "Fluminense" ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi "üç rənglilər"lə müqaviləsini qarşılıqlı razılaşmaya əsasən ləğv edib.
Qeyd edək ki, Ronaldinyo "Fluminense"yə bu ilin iyul ayında transfer olunmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp