Türkiyə Superliqsının 6-cı turu çərçivəsində baş tutan "Bursaspor" – "Əskişəhərspor" (2:0) matçında maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində "ağ-yaşıllar"ın azarkeşləri baş məşqçi Ərtuğrul Sağlamı istefaya səsləyib. 
Matçın 83-cü dəqiqəsində Bursa təmsilçisi hesabda önə keçsə də, azarkeşlərin etirazları davam edib. 45 yaşlı çalışdırıcı fanatların "istefa" səslərinə görə göz yaşlarını saxlaya bilməyib və ağlayıb.
Qeyd edək ki, təcrübəli mütəxəssis bu ilin iyun ayında "Bursaspor"la 3 illik müqavilə imzalayıb. Onu da əlavə edək ki, Sağlam məhz bu komandaya tarixində ilk çempionluğu qazandırıb.
 
kralspor6794 - Futbolinfo.az
ertugrul saglam gozyaslarini tutamadi 1443484879 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp