Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının Boulevard Hotel U-15 Liqasının II tur oyunları ilə bağlı cəzalar açıqlanıb. 
Sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan “Xəzər Lənkəran” – “Turan” İB matçında qonaq komanda matçda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, ötən il də uşaq liqalrı texniki məğlubiyyətlərlə bol olub. Hər tur orta hesabla 6-7 komandaya texniki məğlubiyyət verilirdi. Hətta bir turda 12 komanda rəqibləri ilə görüşə getmədiyinə görə, bu cür cəzaya məruz qalmışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp