“Xəzər Lənkəran”a cəlb olunan, lakin FİFA-nın transfer qadağası səbəbindən oynaya bilməyən farnsalı hücumçu Limam Seydi özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, forvard “İnter”lə anlaşıb. 
Bu barədə məlumatı saytımıza futbolçu özü verib. O bildirib ki, Bakı klubu ilə bu gün müqavilə imzalayacaq: “Bəli, “Xəzər Lənkəran”ı tərk etdim. Burda qala bilmərəm. Mənə oynamaq lazımdı. “İnter”lə anlaşmışam və bu gün müqavilə imzalayacağam. Müqaviləmin müddəti isə dəqiq bilinmir”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp