“Rəvan”ın məşqçisi Rövşən Babayev komandada yaranmış gərgin vəziyyətə, habelə yola salınan Mindauqas Kalonasla hələ “Simurq”da çalışdığı vaxtlarda münaqişə yaşamasına dair futbolinfo.az saytında gedən yazıya münasibət bildirmək istəyib.
Babayevə tribuna verib, monoloqunu qələmə aldıq: “Komandanın nəticələri ürəkaçan olmayanda müxtəlif narazılıqlar baş qaldırır. Amma bizdə belə bir şey yoxdu. Komandamızda mehribançılıq hökm sürür. Haqqımda yazılanlar həqiqəti əks etdirmir. Mənim işim məşqləri keçməkdi. Kalonasla bağlı yazılanlar böhtandı. Çünki mən “Simurq”un əvəzedicilərində çalışırdım, Kalonas isə əsas komandada oynayırdı. İnanın səmimiliyimə, litvalı futbolçuyla aramızda heç bir problem yaşanmayıb”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp