Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən "Qarabağ" öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edəcək. 
Bu gün oyundan öncə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda Belçika təmsilçisinin baş məşqçisi Besnik Hasi jurnalislərin suallarını cavablandırıb:
– "Anderlext" prezidenti 2 oyunda 6 xal qazanmaq lazım olduğunu bildirmişdi…
– Çox çətin olacaq. Biz bütün matçlara hazırlaşırıq. Bu mövsüm 5 oyunda çıxış etmişik cəmi 1 dəfə məğlub olmuşuq. Qələbə qazanmağa çalışacağıq.
– Çox inamlı danışırsınız. Bu nədən irəli gəlir?
– Futbolçularıma inam verməyə çalışıram. Bəzi futbolçularım var ki, uzun fasilədən sonra meydana çıxacaqlar. 
– İlk dəqiqələrdən təşəbbüsə yiyələnəcəksiniz, yoxsa əks-hücumlara bel balayacaqsınız?
– Əslində prezidentimizin açıqlamasına görə, rəqib sanki 2-ci liqa komandasıdı. Amma bu belə deyil, rəqibin 30 minlik azarkeş dəstəyi var. Onlar da qələbə qazanmaq üçün meydana çıxacaqlar. 
– Bu oyunla bağlı xüsusi düşüncələriniz var?
– Komandamın heyətində dəyişikliklər var. Ən yaxşı heyəti qurmaq üçün çalışırıq. Qol vəziyyətlərimiz çox yaradırıq, lakin bundan istifadə edə bilmirik.
– Vaxt fərqi sizə təsir edəcək?
– Əlbəttə, tez gəlsəydik bizim üçün yaxşı olardı. Buna fikir verməməyə çalışacağıq. Bütün hazırlıqlarımızı Belçika saatı üzrə aparırırıq.
– Belçika vaxtı ilə riayət etsəniz onda futbolçular gec yatıb, gec duracaqlar…
– Bəli, nəzərə almaq lazımdı ki, sabah oyun da gec başlayacaq. 
– Belçika klubları heç vaxt Bakıda qalib gələ bilməyib. Bu sizə nə dərəcədə təsir göstərəcək?
– Bizim üçün bunun fərqi yoxdu. Əsas "Qarabağ"ın oyunudu. Onlara boş zona vermək olmaz. Rəqibin futbolçularını tanıyırıq.
ELMAR ABDULLA-ZADƏ
Shares: