Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Qarabağ" öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edəcək. 
Bu gün oyundan öncə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda Belçika təmsilçisinin müdafiəçisi Oliviye Deşaxt jurnalislərin suallarını cavablandırıb:
– Reynaldonun qarşısnı sabah necə alacaqsan?
– Çox yaxşı keyfiyyətlərə malik futblçudu. Sabah onun böyük motivasya ilə oynayacağı dəqiqdi. Yenidən "Anderlext"ə layiq olduğunu sübut etməyə çalışacaq. Amma mənim də vəzifəm onun qarşısını almaqdı.
– Azərbaycana 10 il əvvəlki necə xatırlayırsınız?
– İlk matçdakı nəticədən sonra Bakıya turist kimi gəlmişdik. Meydançanın qırağında əsgərlərin azarkeşlərdən çox olması bizi təəccübləndirdi.
– İki ölkə arasında olan saat fərqi ilə bağlı nə deyə bilərsən?
– Baş məşqçinin fikirlərinə hörmət edirəm. Yorğunluq var, amma bunun öhdəsindən gəlməyə çalışacağıq.
– "Qarabağ"ın "Tottenhem"lə oyununu izləmisinizmi?
– Sabah səhər buna baxacağıq. Çox şey bilmirik bu komanda haqqında Düşünürəm ki, çox adam bu komanda haqında bilmir.
Shares: