Roman Qriqorçukun Krasnodarda təşkil etdiyi mətbuat konfransında “Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov da iştirak edirdi. Futbolinfo.az saytının Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, futbolun sirlərinə Rusiyada yiyələnmiş oyunçu xətlərarası əlaqələri dəyərləndirib:
 
“Çempionatda bir, avrokuboklarda fərqli heyətlərlə meydana çıxmağımız oyunumuza təsir etmir. Heyətimiz genişdi və baş məşqçi məsləhət gördüyü futbolçuları meydana buraxa bilər. Komandamızda anlaşma yüksək səviyyədədi. İstənilən komanda yoldaşımla rahat anlaşıram. “Krasnodar”ın oyununa çoxdan bələdəm. Ağıllı futbol oynayırlar. Amma biz də zəif deyilik”.
 
Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” matçı sabah saat 00:05-də start götürəcək.
Shares: