Sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq “Krasnodar” – “Qəbələ” matçından öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransında rusiyalı həmkarlarımız da iştirak edirdi.
Konfrans başa çatdıqdan sonra “Sport-Ekspress”in federal bürosunun nümayəndəsi Yekaterina Potapovadan sabahkı oyun barədə fikirlərini öyrəndik. Rusiyalı həmkarımız komandalarının qol vuracağına inanmadığını dilə gətirməklə yanaşı, əsas “kozırları”ndan da danışdı:
– “Krasnodar” ən yaxşı günlərini yaşamır. Baxmayaraq ki, komandanın büdcəsi 50 milyon dollara yaxındı, istəniləni hələ ki, ortaya qoya bilmirlər. Buna baxmayaraq, ümid edirəm ki, sabah tilsimi qıra biləcəklər.
– “Krasnodar”ın heyətində kimləri xüsusi qeyd edə bilərsiniz?
– İlk növbədə Şarl Kaboreni qeyd etmək istəyərdim. Əgər sabah bu dayaq yarımmüdafiəçisi meydana çıxsa, komandanıza xeyli başağrısı yaşadacaq.
– İlk növbədə Şarl Kaboreni qeyd etmək istəyərdim. Əgər sabah bu dayaq yarımmüdafiəçisi meydana çıxsa, komandanıza xeyli başağrısı yaşadacaq.
– Onun müsbət xüsusiyyətləri nədən ibarətdi?
– Çox döyüşkəndi. İstənilən rəqibinə qarşı sərt, çox sərt mübarizə aparır. Amma elə bu xüsusiyyəti də bir çox halda ona baha başa gəlir. Xeyli sayda sarı və qırmızı vərəqə alır.
– Çox döyüşkəndi. İstənilən rəqibinə qarşı sərt, çox sərt mübarizə aparır. Amma elə bu xüsusiyyəti də bir çox halda ona baha başa gəlir. Xeyli sayda sarı və qırmızı vərəqə alır.
– Kaboredən savayı hansı futbolçular seçilir?
– Raqnar Siqurdssonu qeyd edərdim. Bu müdafiəçi standart vəziyyətlərdə daim hücuma qoşulur və “ikinci mərtəbə”də olduqca təhlükəli olur. “Krasnodar”ın daha bir hiyləgər gedişi var. Cərimə zərbələri zamanı futbolçulardan biri bilərəkdən ofsayda girir. Lakin ötürmə əks istiqamətə edilir. Rəqib elə düşünür ki, oyundankənar vəziyyətdi. Amma həmin oyunçu passiv ofsaydda olur. Digər futbolçumuz isə rahat şəkildə qapıya zərbə endirir.
– Belə başa düşürəm ki, hücum xəttinizdən çox, müdafiəyə meylli oyunçularınız təhlükəlidirlər?
– Elədir ki, var. Ümumiyyətlə, “Krasnodar”ın xətlərini dəyərləndirsək, ən etibarlısı müdafiədi. Komandanın müdafiə xəttini yarmaq olduqca çətindi.
– Axı təmsilçiniz evdə oynayır…
– “Krasnodar”ın “Qəbələ”ni məyus etməsi müşkül məsələdi. Qol vuracağımıza inanmıram. Amma sizin komandanıza da fərqlənmək asan olmayacaq. Hər halda qolsuz bərabərliyə sevinərik.