“Rəvan” klubu UEFA-nın Gənclər Liqasında debüt edib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın bu yarışdakı ilk təmsilçisi kimi tarixə düşən paytaxt klubu Rusiya “Spartak”ı ilə qarşılaşıb.
Belə ki, “Rəvan” Moskvada “Spartak”la üz-üzə gəlib. I mərhələnin ilk qarşılaşması “sarı-qırmızılar”ın böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək. Cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) – "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.