Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ı səfərdə "Malmö"nü (İsveç) 2:0 hesabı ilə məğlub edib.
İspan klubunun ulduz futbolçusu Kriştianu Ronaldo bu qarşılaşmada hesabı açmaqla özü üçün rekord və yubiley müəyyənləşdirib. Portuqaliyalı ulduz bu matçda fərqlənməklə karyerasında 500-cü qolunu vurub. 30 yaşlı futbolçu bu göstəriciyə karyerası ərzində klublar və yığma səviyyəsində keçirdiyi 753-cü matçında imza atıb.
Qeyd edək ki, bu qol həm də Kristianonun “Real” üçün Çempionlar Liqasında vurduğu 66-cı qoldu.