"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqollinin futbolinfo.az saytıa müsahibəsi:
– Nəticə sizi təbii ki, razı salıb. Oyununuzdan da razı qaldız?
– Əlbəttə, qələbədən narazı qalmaq olmaz. Bu bizim üçün çox yaxşıdı. 3 xal əla oldu. Artıq bu matçı unutmaq  zamanıdı. Qarşıda bizi daha çətin görüşlər gözləyir.
– Deyəsən, “Anderlext”i çox yaxşı təhlil etmişdiz. Rəqib baş məşqçi “Qarabağ”ın komandasına oynamağa imkan vermədiyini bildirdi…
– “Anderlext” Avropanın top komandalarındandı. Hər il onlar daha yaxşı oyun göstərməyə başlayırlar. Belçika klubunun büdcəsi “Qarabağ”la müqayisədə 5 dəfə çoxdu. Ona görə də bu komandanın zəif oynadığını demək olmaz. Çox yaxşı komandadı. Sadəcə, biz meydanda çox istəkli idik.
– Bu qələbə növbəti mərhələyə yolunuzu aça bilər?
– 3 xal çox yaxşı nəticədi, amma bu, növbəti mərhələ demək deyil. Ona görə də hələ ki, biz yalnız qrup oyunlarından danışa bilərik. Növbəti mərhələyə çıxıb-çıxmayacağımızı  qarşıdakı 4 oyun göstərəcək.
– Qrupdakı digər rəqibləriniz – “Monako” – “Tottenhem” (1:1) oyununun nəticəsindən razı qaldınız?
– Bizim üçün öz etdiklərimiz önəmlidi. Başqa oyunun nəticəsi haqqında düşünmək lazım deyil.
– İbrahim Şehiç son oyunlarda səhvləri ilə diqqət çəkir. Ona necə dəstək olacaqsız?
– İbrahim mənim karyeramda gördüyüm ən yaxşı qapıçıdı. Bəzən bütün qapıçılar, hətta əfsanə qapıçılar belə səhv edi. Sanki biz futbolçuların yanlışları azdı? Reynaldo da, mən də, Rəşad Sadıqov da səhv edə bilər. Səhvlər futbolun bir hissəsidi. Çalışacağıq ki, Şehiçə lazımi dəstəyi verək. Pis günləri unutmaq üçün onun yanında olacağıq.
– Azərbaycanı Avroliqanın qrup mərhələsindəki digər təmsilçisi “Qəbələ” səfərdə “Krasnodar”a (1:2) uduzdu. Bu oyun haqqında fikirlərin necədi?
– Düşünürəm ki, oyun 1:1 bitsəydi, daha ədalətli olardı. “Qəbələ” güclü rəqibə qarşı çox yaxşı çıxış etdi. Mən sevinirəm ki, “Qəbələ” də “Qarabağ”la birlikdə Avropa Liqasında layiqli şəkildə çıxış edir.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp