Dünən Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ” öz meydanında Belçika “Anderlext”ini məğlub etməsindən sonra qalmaqal yaşanması ilə bağlı yazmışdıq. Belə ki, qarşılaşma başa çatandan sonra qonaq fanatlar kapitanlarına – qapıçı Silvio Protoya kəskin şəkildə etirazlarını bildirirdi. 
Maraqlıdı ki, həmin vaxt Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov da mübahisənin baş verdiyi yerdə idi. Lakin sonradan klubun meneceri Asif Əsgərov hadisə yerinə gələrək, Sadıqovu oradan uzaqlaşdırdı. Məsələ ilə bağlı Əsgərov futbolinfo.az saytına açıqlama verib: “Həmin epizodda belçikalı azarkeşlər öz futblçularından hesabat tələb edirdi. Rəşad isə həmin vaxt bizim azarkeşlərlə qonaq tərəfdarlar arasında mübahisə yaşandığını düşünüb, onları sakitəşdirmək üçün ora getmişdi. Lakin mən sonradan məsələnin bu cür olmadığını Rəşada başa saldıqdan sonra onu həmin yerdən uzaqlaşdırdım”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp