FİFA-nın "Qızıl Top" mükafatına namizəd olan futbolçuların adları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıda 59 futbolçu yer alıb.
Dekabrın əvvəlində isə jurnalistlər, məşqçilər və futbolçuların seçimindən sonra namizədlərin sayı üç olacaq.
"Mundo Deportivo" nəşrinin verdiyi görə, siyahıda ən çox futbolçu ilə İspaniyanın "Barselona" və "Real" (hər biri 7) klubları təmsil olunub. "Bavariya" (Almaniya) və "Mançester Siti"dən (İngiltərə) 5 futbolçu namizədlər arasında yer alıb.
Mükafatın verilməsi mərasimi gələn ilin 11 yanvarında təşkil olunacaq.
"Qızıl top"a namizəd futbolçular aşağıdakılardı: 
Bravo, Maskerano, İnyesta, Messi, Neymar, Rakitiç, Suares (hamısı "Barselona"), Beyl, Benzema, Kroos, Modriç, Ramos, Xames Rodriqes, Kriştiano Ronaldo (hamısı "Real"), Kyellini, Poqba, Morata (hamısı "Yuventus"), Vidal ("Yuventus"/"Bavariya"), Pirlo ("Yuventus"/"Nyu-York Siti"), Teves, "Yuventus"/"Boka Xuniors"), Levandovski, Robben, Alaba, Müller, Noyer (hamısı "Bavariya"), Boni, Yaya Ture, Serxio Aquero ("hamısı "Mançester Siti), Otamendi ("Valensiya"/"Mançester Siti), de Breyne ("Volfsburq"/"Mançester Siti), Dieqo Kosta, Villian, Kurtua, Hazard (hamısı "Çelsi"), Kavani, İbrahimoviç, Pastore (hamısı PSJ), Runi, de Xea (hər ikisi "Mançester Yunayted"), Depay (PSV/"Mançester Yunayted"), Ospina, Sançes (hər ikisi "Arsenal"), Qrizmann ("Atletiko"), Cekson Martines ("Porto/ "Atletiko" ), Bakka ("Sevilya "Milan"), dos Santos ("Vilyareal/"Los Anceles Qalaksi), Koutinyo ("Liverpul"), Son Hin Min ("Bayer"/"Tottenhem"), Atsu ("Everton" "Bornmut"), Qerrero ("Flaminqo"/ "Korintians), Varqas ("Kvins Park"/"Hoffenhaym"), Medel ("İnter"), Harri Keyn ("Tottenhem"), Lyakazett ("Lion"), Quardado (PSV), Sançes ("River Pleyt"), Ayyu ("Marsel"/ "Suonsi), Luonqo ("Suindon Taun"), Okadzaki ("Manyns"/"Lester").
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp