Bu gün Topaz Premyer Liqasında VII tura start verilib. Futbolinfo.az xəbər verir ki, AZAL evdə "Rəvan"ı məğlub edib.
"AZAL Arena"dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qələbəni belə şərh edib:
“Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. Hazırda “Rəvan”da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur.
Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradı. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddu”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp