Sabah Topaz Premyer Liqasının 7-ci turun 1 oyunu baş tutacaq. Futbolinfo.az xəbər verir ki, Zirədə eyniadlı komanda “Neftçi”ni qəbul edəcək. 
3 oktyabr
“Zirə” – “Neftçi”
19:00, Zirə  İdman Kompleksinin stadionu  
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov  
Premyer Liqada hələ də məğlub olmayan debütantın indiyə kimi üz-üzə gəlmədiyi “Neftçi” ilə qarşılaşmada hansı nəticəyə imza atacağı maraqlıdı. Bu matçda kimin daha şanslı olduğunu demək çətindi. Meydan sahibləri 6 qarşılaşmada məğlub olmayıb. “Ağ-qaralar” isə son görüşlərdə parlaq oyun nümayiş etdirir. Bu görüşdə kimin, qalib gələcəyini demək çətindi. 
BU MÖVSÜM…
…”Zirə” öz meydanında: 3 oyun, 2 qələbə, 1heç-heçə, top fərqi – 4:2
…“Neftçi” səfərdə: 3 oyun,1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 4:3
OYUNDAN NOTLAR 
•    Cəza üzündən oyunu buraxan yoxdu. 
•    Aleksandr Şemonayev və Viktor İqbekoyi ("Zirə") cəza həddindədi.
•    Araz Abdullayev (“Neftçi”) zədə üzündən meydana çıxmayacaq. 
•   Nurlan Novruzov ("Zirə") isə məşqlərə başlayıb. Onun meydana çıxıb-çıxmayacağı oyun ərəfəsində bilinəcək.
HAKİM
1438153464 eliyar - Futbolinfo.az
Qarşılaşmanı idarə edəcək baş hakim Əliyar Ağayev cari mövsümdə 3-cü dəfə iş başında olacaq. O, 4-cü turda “Neftçi”nin “Rəvan”la görüşünü idarə edib. Ağayev həmin matçda “ağ-qaralar”ın futbolçularına 2 sarı, 1 qırmızı vərəqə göstərmişdi. Ümumiyyətlə, referi cari mövsümdə idarə etdiyi 2 görüşdə futbolçuları 6 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırıb.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp