Türkiyənin PTT 1-ci Liqası təmsilçisi “Karabükspor”da baş məşqçi təyinatı baş verib. Futbolinfo.az xəbər verir ki, bosniyalı sabiq futbolçu Elvir Baliç bundan sonra adıçəkilən komandaya rəhbərlik edəcək.
 
Belə ki, kariyerası boyunca “Bursaspor”, “Fənərbaxça”, “Qalatasaray” və Madrid “Real”ında çıxış edən futbolçu, 1999/2000-ci illər mövsümündə “kral klubu” ilə UEFA Çempionlar Liqasının qalibi olub.
 
Qeyd edək ki, Baliç 1996-2005-ci illərdə Bosniya və Hersoqovina millisinin şərəfini qoruyub. O, futbolçu kariyerasını 2009-cu ildə “İstanbulspor”da başa vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp