Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanan Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Odil Axmedov komandasının oyununu dəyərləndirib. Futbolinfo.az saytının Krasnodara ezam olunan müxbiri özbək futbolçunun yerli jurnalistlərlə dialoqunu qələmə alıb.
 
– Üç gündən bir oynayırıq. Bir qədər yorğunluq var. İkinci hissəyə arxayın çıxmışdıq. Bu səbəbdən də 2-ci 45 dəqiqənin əvvəli bir qədər uğursuz alındı. 
 
– Fasilədən sonra komandanı tanımaq olmurdu. Hamınız təşviş içərisində idiniz…
– Nəticəyə görə narahat idik. Heç-heçə və ya məğlubiyyət vəziyyətimizi xeyli pisləşdirəcəkdi. Bu səbəbdən də sərgilədiyimiz futboldan çox, nəticə önəmli idi.
 
– Oleq Kononov bu oyunda komandasının formasının zirvəsinə çıxmağı arzuladığını bildirmişdi. Onun arzusu çin oldu?
– Yavaş-yavaş formaya düşürük. Amma etiraf edim ki, yağış da yaxşı futbol sərgiləməyimizi əngəllədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp